Bakıda qadını qarət edən şəxs yaxalanıb – FOTO

OXUNUB: 524 HADİSƏ

Bakıda qadının telefonunu oğurlayan şəxs yaxalanıb.

Daxili İşlər Nazirliyindən İcmal.Az-a verilən məlumata görə, paytaxtın Səbail rayonu Səməd Vurğun küçəsində Bakı şəhər sakini olan bir qadının mobil telefonu naməlum şəxs tərəfindən tərəfindən açıq talama, yəni soyğunçuluq yolu ilə ələ keçirilib. 

Bu barədə zərərçəkən Səbail Rayon Polis İdarəsi 39-cu Polis Bölməsinə şikayət ərizəsi ilə müraciət edib.

Həyata keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində qeyd edilən cinayəti törətməkdə şübhəli bilinən Astara rayon sakini, əvvəllər məhkum olunmuş Qorxmaz Şahbazov saxlanılıb. O, ifadəsində törətdiyi hadisəni etiraf edərək ələ keçirdiyi mobil telefonu 240 manata satdığını bildirib.

 

İcmal.Az

RƏYLƏR