Bakıda qəbiristanlıqda gizlədilmiş silah tapıldı - FOTO

OXUNUB: 725 HADİSƏ

Bakıda qəbiristanlıqda gizlədilən silah aşkarlanıb.

İcmal.Az xəbər verir ki, Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin ictimaiyyətlə əlaqələr şöbəsindən APA-ya verilən məlumata görə, xidmətin əməliyyat aparatının müxtəlif cinayətlərin üstünün açılması istiqamətində respublikanın hüquq-mühafizə orqanları ilə qarşılıqlı əməkdaşlığı davam edir.

PX Baş idarəsi və Bakı İstintaq təcridxanasının əməliyyat aparatlarının Nizami Rayon Polis İdarəsinin 24-cü Polis bölməsinin əməkdaşları ilə birgə keçirdikləri əməliyyat tədbiri nəticəsində Bakı şəhəri Nizami rayonu ərazisində yerləşən qəbiristanlıqda xüsusi üsulla ə torpağa basdırılaraq gizlədilmiş 1 ədəd dolu sandıqça ilə birgə "TT" markalı tapança aşkar edilərək götürülüb.

 

Fakt üzrə Nizami rayon Polis İdarəsinin 24-cü Polis bölməsi tərəfindən araşdırma aparılır.

Bakıda qəbiristanlıqda gizlədilmiş silah tapıldı - FOTO

İcmal.Az

RƏYLƏR