Bakıda rəis keçmiş işçisini kabinetində döydü - FOTO

OXUNUB: 404 GÜNDƏM HADİSƏ

"Avtomobil Yollarının Mühafizə Xidməti" MMC-nin rəisi Səftər İsmayılov keçmiş mühasibini otağında döyüb.

Bu barədə hadisədə zərəçəkən Kamil Hüseynovun "qaynarinfo"ya müraciətində bildirilir. O bildirib ki, "Avtomobil Yollarının Mühafizə Xidməti" MMC yarandığı gündən orada ağır çəkili nəqliyyat vasitələrinə nəzarət şöbəsinin baş mütəxəssisi vəzifəsində çalışıb:

 

"MMC-nin nəzdində olan Tərəzi Nəzarət Məntəqələrinin baş mütəxəssisi idim. İdarə rəhbərliyinin göstərişi ilə, bir neçə ay bundan əvvəl işə gəlmədiyim üçün ağır maddə ilə vəzifəmdən kənarlaşdırıldım".

K.Hüseynov 9 ildir çalışdığı MMC-dən ağır maddə ilə qovulduğunu və keçmiş rəhbərliyin ondan 101 min manat vəsait tələb etdiyini iddia edib:

"Bu hadisə ilə bağlı MMC rəhbərliyindən bir sıra dövlət qurumlarına şikayət ünvanlamışam. Günahsız olduğumu bildirmişəm"./Sonxeber.az



Bakıda rəis keçmiş işçisini kabinetində döydü - FOTO


7News.Az

RƏYLƏR