Bakıda silah gəzdirən Quba sakini saxlanılıb

OXUNUB: 575 HADİSƏ

Yasamal RPİ 27-ci Polis Bölməsi əməkdaşlarının qanunsuz odlu silah gəzdirmə faktı barədə əldə edilmiş məlumat əsasında keçirdikləri əməliyyat tədbirləri nəticəsində Quba rayon sakini Orxan Nurməmmədov saxlanılıb.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən İcmal.Az-a verilən məlumata görə, şəxsi axtarış zamanı ondan kustar üsulla hazırlanmış "Revolver” tipli tapança və bir ədəd patron aşkar edilib.

Saxlanılan şəxs götürülmüş maddi sübutla birgə istintaqa təhvil verilib.

Faktla bağlı cinayət işi başlanılıb. Araşdırma aparılır.

İcmal.Az

RƏYLƏR