Bakıda türkün evindən 115 min dollar oğurlandı

OXUNUB: 494 HADİSƏ

Bakıda türkiyəli iş adamının mənzili qarət olunub. Naməlum şəxslər onun Suraxanı rayonunda yerləşən şəxsi evinə daxil olaraq,110 min dollardan çox pul oğurlayıb.

Bu haqda Suraxanı rayon Polis İdarəsindən məlumat daxil olub.

Məlumata görə, Səlcuq Mahmud oğlu Tapan polisə ərizə ilə şikayət edib. O, yanvarın 23-də evindən 110 min dollar, 1000 avro  və ümumi dəyəri 4000 manat olan qızıl-zinət əşyalarının oğurlandığını bildirib.  

Onun sözlərinə görə, cinayətkar pəncərənin dəmir barmaqlığını sındıraraq içəri daxil olub.

Hal-hazırda təhqiqatçılar cinayəti araşdırır. Hadisənin təfərrüatı barədə məlumat yoxdur.

 

İcmal.Az

RƏYLƏR