Bakıda üç "inomarka" toqquşdu - FOTO

OXUNUB: 613 HADİSƏ

Bakının Xətai rayonunda zəncirvari yol qəzası baş verib.

 Sarayevo küçəsində qeydə alınmış hadisə zamanı "Hyundai" və iki "Mercedes" markalı minik avtomobili toqquşub.

Ərazidə xidmət aparan YPX müfəttişlərinin gəldiyi ilkin qənaətə görə, avtoqəzaya "Hyundai" markalı avtomobilin sürücüsünün diqqətsizliyi səbəb olub. Həmin sürücü ötmə əməliyyatı etmək istəyərkən ara məsafəsini gözləməyib və onun avtomobili qeydiyyat nişanı 90-FV-036 olan "Mercedes"ə çırpılıb. Həmin avtomobil də öz növbəsində qeydiyyat nişanı 90-HK-586 olan digər "Mercedes" markalı avtomobilə dəydikdən sonra yol ayırıcı bordürün üstünə çıxıb.

Hadisə nəticəsində xəsarət alan olmasa da, nəqliyyat vasitələrinə ziyan dəyib.

Yol qəzasının baş verməsi səbəblərini Xətai rayon DYP şöbəsinin müfəttişləri araşdırır./apa

 

 

İcmal.Az

RƏYLƏR