Bakıda “Wolt” şirkətinin 100-dən çox işçisi etiraza qalxdı - TƏFƏRRÜAT

OXUNUB: 385 Özəl İQTİSADİYYAT SOSİAL
7NEWS.az xəbər verir ki, "Wolt” şirkətində kuryer işləyən 100-dən çox işçi bu gün işə çıxmayıb. Onlar maaş artımı tələbilə şirkətin mobil proqramını dondurublar. 

İşçilərin verdiyi məlumata əsasən, işçi düşməni "Wolt” şirkəti artıq kuryerlərin bir çoxunu işdən çıxarıb. 

Tətil təşkilatçılarının sözlərinə görə, maaş artımı tələb edəndə şirkətdən hədə-qorxu gəlirlər ki, işləmək istəyən, növbədə gözləyən yüzlərlə insan var: "Səni psixoloji olaraq sındıraraq inandırırlar ki, sənin əhəmiyyətin yoxdur, sən sadəcə statistikasan, yüzlərlə kuryerdən birisən. Səndən növbədə yüzlərlədir", - deyə çağırışda bildirilir.

RƏYLƏR