Bakıda yük avtomobili iki bacı və bir gənc oğlanı vurub

OXUNUB: 491 HADİSƏ

Bakının Suraxanı rayonunda 3 piyadanın vurulması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

 21 yaşlı Orucov Hüseyn Mehman oğlu, 24 yaşlı Həsənova Türkanə Mehman qızı və 19 yaşlı bacısı Həsənova Turanə Mehman qızı Səttar Bəhlulzadə küçəsində yolu keçmək istəyən zaman onları naməlum markalı yük avtomobili vurub.

Yaralılar 3 saylı Kliniki Tibbi Mərkəzə yerləşdirilib.

Suraxanı Rayon Polis İdarəsinin əməkdaşları hadisə yerinə cəlb edilib. İlkin ehtimala görə, hadisəyə səbəb kimi sürücünün yuxulaması və qəfil qarşısına çıxan piyadaları görməməsi göstərilir.

Faktla bağlı avtotexniki ekspertiza təyin edilib./report

 

İcmal.Az

RƏYLƏR