Bakıda zeytun yığan ahıl kişi yıxılaraq ölüb

OXUNUB: 752 SOSİAL HADİSƏ

Bakıda zeytun yığan ahıl kişi yıxılaraq ölüb.

Bədbəxt hadisə Nizami rayonunda qeydə alınıb.

Belə ki, 8-ci kilometr qəsəbəsi, Şirin Mirzəyev küçəsində yerləşən zeytun bağında 61 yaşlı Hüseynov Həsən Məhərrəm oğlu zeytun ağacından meyvə yığarkən ehtiyatsızlıqdan yıxılıb. O, ağır vəziyyətdə xəstəxanaya yerləşdirilib. Qapalı kəllə-beyin travması və bədənin müxtəlif nahiyələrindən sınıq xəsarətləri alan şəxs dərhal reanimasiya şöbəsinə yerləşdirilib. Həkimlərin səyinə baxmayaraq, H.Hüseynov xəstəxanada dünyasını dəyişib. 

Meyit müayinə olunması üçün Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinə təhvil verilib.

Faktla bağlı Nizami Rayon Polis İdarəsinin 25-ci Polis Bölməsinin əməkdaşları araşdırma aparır. İlkin ehtimala görə, bədbəxt hadisəyə səbəb yağışlı hava olub .

O, ağacdan sürüşərək yerə yıxılıb./report

 

İcmal.Az

RƏYLƏR