Bakının mərkəzində ev yanır: sakinlər təxliyyə edildi - VİDEO (YENİLƏNİR)

OXUNUB: 660 HADİSƏ

İcmal.Az-a Fövqəladə hallar Nazirliyindən verilən məlumata görə, hazırda binada güclü yanğın davam edir: 

"Əməkdaşlarımız hadisə yerindədirlər. Yanğının söndürülməsi istiqamətində işlər görülür. Hadisə zamanı binada olan vətəndaşlar təxliyyə edilib. Zərəçəkmiş şəxslərin olub-olmadığı barədə dəqiq məlumat yoxdur."

***

Bakıda yaşayış evində yanğın başlayıb.

Yanğın Nəsimi rayonu Salatın Əsgərova küçəsində ikimərtəbəli fərdi yaşayış evində baş verib.

Hadisə yerinə yanğınsöndürənlər cəlb olunub.

Yanğının qarşısının alınması üçün tədbirlər görülür./apa

İcmal.Az

RƏYLƏR