Bakının mərkəzində partlayış – FOTO + VİDEO

OXUNUB: 566 HADİSƏ

Yanvarın 27-də paytaxtın "28 May” metrostansiyası yaxınlığında, Dilarə Əliyeva küçəsində yerləşən binada partlayış baş verib.

Bu barədə İcmal.Az-a hadisə şahidləri məlumat veriblər.

Partlayış nəticəsində iki nəfərin öldüyü bildirilir.

Hadisə yerinə FHN, polis və təcili tibbi yardım əməkdaşları cəlb olunub.

Partlayışın qaz sızması səbəbindən baş verdiyi deyilir.

 

RƏYLƏR