Bal ayında bədbəxt hadisə - FOTO

OXUNUB: 585 DÜNYA

Yeni ailə qurduğu xanımı ilə birlikdə bal ayına Afrikaya məxsus adaya gələn kişi xərçəngdən ölüb.

İcmal.Az xarici mətbuata istinadla xəbər verir ki, Alan Simms adlı 31 yaşlı kişi ağciyər xərçənginə tutulduğuna görə bal ayında ölüb.

Onun xanımı bildirib ki, xəstəliyi barədə nə Alanın xəbəri var idi, nə də onun.

 

"Ərimin sağlamlığı ilə bağlı hər hansı problemi yox idi. Nə öskürürdü, nə də tənəffüs problemi vardı", - 33 yaşlı Aimee söyləyib.

Qeyd edək ki, cütlük 2011-ci ildə tanış olub. Onlar ingiltərə vətəndaşlarıdır.

İcmal.Az

Bal ayında bədbəxt hadisə - FOTO

Bal ayında bədbəxt hadisə - FOTO

RƏYLƏR