Banqladeş Türkiyədə baş verən zəlzələ ilə bağlı milli matəm elan edib

OXUNUB: 167 Özəl DÜNYA
7NEWS.az xəbər verir ki, Suriyada dağıntılara səbəb olan 7,7 və 7,6 bal gücündə zəlzələlərdən sonra Türkiyə və Suriya dünyadan dəstək almağa davam edir. Banqladeş hökuməti Türkiyə və Suriyada həyatını itirənlər üçün milli matəm günü elan edib. Banqladeşdə sabah üçün milli matəm elan edildikdən sonra dövlət və təhsil müəssisələrində, özəl qurumlarda və xarici nümayəndəliklərdə Banqladeş bayraqları yarıya qədər endiriləcək. Digər tərəfdən Banqladeşdə cümə namazında Türkiyə üçün dualar ediləcək. Banqladeş Xidmətlərarası İctimaiyyətlə Əlaqələr (ISPR) tərəfindən edilən açıqlamada 24 ordu, 10 tibb işçisi və 12 yanğınsöndürəndən ibarət 46 nəfərlik yardım qrupunun Türkiyəyə gedəcəyi qeyd edilib.

7NEWS.az

RƏYLƏR