Banqladeşdə bazarda güclü yanğın baş verib

OXUNUB: 115 Özəl DÜNYA
7NEWS.az xəbər verir ki, Banqladeşin paytaxtı Dəkkədə səhər saatlarında paltar satılan mağazada naməlum səbəbdən yanğın baş verib. Təxminən 600 yanğınsöndürən müdaxilə etdiyi yanğın nəticəsində səmanı qara tüstü bürüdü. Yanğında can itkisi olmadığı bildirilsə də, Bazar və ətrafındakı iş yerlərinin boşaldıldığı öyrənilib. Hələlik nəzarət altına alına bilməyən yanğının söndürülməsi işlərində ordunun da iştirak etdiyi, havadan və qurudan müdaxilələrin davam etdiyi bildirilib. Yerli mənbələrdən verilən açıqlamada yanğının baş verdiyi bazarda 3 minə yaxın mağazanın olduğu və bir çoxunun yararsız hala düşdüyü bildirilib.

7NEWS.az

RƏYLƏR