“Başına daşmı düşüb, yoxsa havamı gəlib?!” – Elşən Musayev

OXUNUB: 841 GÜNDƏM Özəl SİYASƏT
 

"Əli Kərimlinin guya Qubad İbadoğlundan narahat qalması növbəti blefdir və AXCP sədrinin riyakarlığını, ikiüzlülüyünü, qeyri-səmimiliyini göstərən əlamətdir. Çünki bu quldurbaşı heç bir zaman kiminsə dərdini çəkməyib, həmişə yalnız öz əlinə oynayıb və hər kəsdən də sadəcə öz maraqları üçün istifadə edib.”  – 7NEWS.AZ xəbər verir ki, bu fikirləri Demokratik Maarifçilik Partiyasının sədri, Milli Məclisin deputatı Elşən Musayev bildirib.

"Elə danışır, az qala gözləri yaşarsın. Tülkü adam! Sən deyildinmi, Qubadı daim müxalif cəbhədən çıxdaş edən, barəsində aşağılayıcı statuslar, təhqirlər yazdıran? İndi nə dəyişdi? Başına daşmı düşdü, yoxsa havamı gəldi?

Əslində Qubadla tay gələrsiz. Heç fərqiniz yoxdur. İkiniz də eyni adamsız, eyni bezin qırağısız. Orası məlum. Sadəcə demək istədiyim budur ki, sən hətta öz tayını, özünə oxşayanı belə ürəkdən, həqiqi, səmimi müdafiə edə bilmirsən. Yenə maskalanırsan, kiminsə üzərinə çıxıb yekə görünmək istəyirsən, hər hadisədə, hər həbsdə öz çıxarını, öz marağını güdürsən.

Odur ki, ay Əli Kərimli! Get, bu timsah göz yaşlarını səni tanımayanların yanında tök. "Tereza ana” roluna da girmə. Enerjini başqa şeylərə saxla. Gör hələ qabaqda üzərinə, öhdənə düşən nə qədər iş var, güc var.  Məsələn, daha 7 il boyunca monitor qarşısında oturmaq, deyinmək, mırıldamaq, hürmək...” – deyə Partiya sədri fikirlərinə davam edib.

RƏYLƏR