“Başqa alternativ yoxdur!” – Elşən Musayev

OXUNUB: 995 GÜNDƏM Özəl SİYASƏT
"Ermənistanda hələ də revanşist hisslərlə yaşayan qüvvələr bilməlidirlər ki, onların Azərbaycana qarşı təxribat niyyətləri əvvəlcədən iflasa məhkumdur və belə çirkin  xəyallarla, absurd və qeyri-adekvat təfəkkürlə heç nəyə nail olmaq mümkün deyil.” - 7NEWS.AZ xəbər verir ki, bu fikirləri Demokratik Maarifçilik Partiyasının sədri, millət vəkili Elşən Musayev bildirib. 

"Ermənistanın hazırda yeganə çıxış yolu reallığı qəbul etmək, regional əməkdaşlığa qoşulmaq və sülhə doğru addımlar atmaqdır. Vəssalam. Başqa alternativ yoxdur.”- deyə Partiya sədri fikirlərinə davam edib.
 

RƏYLƏR