Batumidə qazdoldurma stansiyasında güclü partlayış

OXUNUB: 1142 HADİSƏ GÜRCÜSTAN

Gürcüstanın Acarıstan Muxtar Respublikasının paytaxtı Batumi şəhərində maye qaz yanacaqdoldurma stansiyasında güclü partlayış baş verib.

Nəticədə ətrafda olan 4 yaşayış evində yanğın başlayıb.

Hadisə nəticəsində üç nəfərin xəsarət aldığı bildirilir. Hazırda hadisə yerinə təcili tibbi yardım maşınları və yanğınsöndürənlər cəlb olunub./apa

İcmal.Az

RƏYLƏR