Bayden Qurban bayramını Ağ Evdə keçirib

OXUNUB: 176 Özəl DÜNYA

7NEWS.az xəbər verir ki, ABŞ prezidenti Co Bayden Ağ Evdə verdiyi ziyafətdə amerikalı müsəlman rəy liderlərini qəbul edib. Qurani-Kərimin tilavəti ilə başlayan ziyafətdə Bayden "Evinizə xoş gəlmisiniz” deyərək iştirakçıları salamlayıb. Müsəlmanların ölkəyə verdiyi töhfələrdən danışan Bayden bildirib ki, bu gün Amerika tarixində heç vaxt olmadığı qədər çox müsəlman amerikalı Konqresdə xidmət edir. Bunun Amerika demokratiyası üçün əhəmiyyətinə diqqət çəkən Bayden, onun idarəsində iştirak edən müsəlmanlara töhfələrinə görə təşəkkür etdi.

7NEWS.az

RƏYLƏR