Baydenin səhhəti ilə bağlı Ağ Evdən açıqlama verilib

OXUNUB: 115 Özəl DÜNYA

7NEWS.az xəbər verir ki, Ağ Evin sözçüsü Karine Jean-Pierre gündəlik mətbuat konfransında jurnalistlərin suallarını cavablandırıb. Dünən gecədən başlayan diş ağrısı səbəbiylə Baydenin lokal anesteziya ilə kanal müalicəsi aldığını deyən Jean-Pierre prezidentin əməliyyatının uğurlu keçdiyini açıqlayıb. Jan-Pier Baydenin özünü yaxşı hiss etdiyini və bu gün öz iqamətgahında işləyəcəyini bildirib. Prezidentin bir çox amerikalı kimi kanal müalicəsi aldığını ifadə edən Jan-Pyer bunun adi bir prosedur olduğunu qeyd edib.

7NEWS.az

RƏYLƏR