BƏƏ prezidenti İranın xarici işlər nazirini qəbul edib

OXUNUB: 130 Özəl DÜNYA
7NEWS.az xəbər verir ki, İranın xarici işlər naziri Hüseyn Əmir Abdullahiyan BƏƏ-yə səfəri çərçivəsində Prezident Şeyx Məhəmməd Bin Zayed Əl Nəhyan tərəfindən qəbul edilib. Görüşdə iki ölkə arasında əlaqələrin inkişafından məmnunluq ifadə olunub, mədəni, siyasi və kommersiya sahələrində, xüsusilə də iqtisadiyyatda əməkdaşlığın artırılmasının vacibliyi vurğulanıb. Bundan əlavə, Körfəz ölkələri arasında regional əməkdaşlığın vacibliyinə diqqət çəkilərək, region ölkələrinin ortaq maraqlarına xidmət edəcək koordinasiyanın yaradılmasının vacibliyi bildirilib.

7NEWS.az

RƏYLƏR