Belarusda prezidentliyə keçmiş namizəd 18 ay həbs cəzasına məhkum edildi

OXUNUB: 129 Özəl DÜNYA

7NEWS.az xəbər verir ki, Belarusda 2020-ci il prezident seçkilərində Aleksandr Lukaşenkoya rəqib olmuş Andrey Dmitriyev seçkilərin nəticələrinə etiraz aksiyalarında iştirak etdiyi üçün 18 ay həbs cəzasına məhkum edilib.

Ölkədə keçirilən qalmaqallı prezident seçkilərindən sonra baş verən nümayişlərlə bağlı məhkəmə proseslərinə qərar verilir.

Viasna İnsan Haqları Qrupu da paytaxt Minskdə keçirilən dinləmədə Lukaşenko əleyhinə ictimai hərəkata da rəhbərlik edən 41 yaşlı Dmitriyevin 18 ay həbs cəzasına məhkum edildiyini açıqlayıb.

7NEWS.az

RƏYLƏR