Belçika istilik barədə xəbərdarlıq verib

OXUNUB: 123 Özəl DÜNYA
Belçika Kral Meteorologiya İnstitutu son həftələrdə yüksək temperatur və yağıntıların olmaması fonunda "isti dalğası” barədə xəbərdarlıq edib.

7NEWS.az xəbər verir ki, buludlu və yağışlı havası ilə tanınan Belçikanın paytaxtı Brüsseldə həftəsonu havanın temperaturu 31 dərəcəni keçib. Ölkənin ən yüksək zirvəsi olan Ardennes bölgəsində havanın temperaturu 25-27 dərəcə səviyyəsində ölçüldü. Kral Meteorologiya İnstitutu "isti dalğası" xəbərdarlığı və "sarı" kod xəbərdarlığı verib. Ozon çirklənməsinin də yüksək olacağını bildirən İnstitut Ozon Sızması Planını aktivləşdirib.

7NEWS.az

RƏYLƏR