Belçikada qaçqınlar küçələrə atılıb

OXUNUB: 171 Özəl DÜNYA

7NEWS.az xəbər verir ki, Belçikada qaçqın böhranı dərinləşdikcə, Rusiya-Ukrayna müharibəsi səbəbindən ölkədəki qaçqınların sayı sürətlə artır. Paytaxt Brüsseldəki köhnə vergi idarəsi binasında çətin şərtlər altında həyatda qalmaq üçün mübarizə aparan sığınacaq axtaranların binadan istifadə etmələri dayandırılıb. Brüsselin türk məhəlləsi kimi tanınan və hazırda təmir üçün boş gözləyən Şaerbekdəki keçmiş vergi idarəsinin Palais 48 binasından minə yaxın sığınacaq axtaran şəxsin təxliyyəsinə başlanılıb. Birləşmiş Millətlər Təşkilatı (BMT) adından bəzi nümayəndələr boşalma proseslərini müşahidə etmək üçün hadisə yerinə gəlib. Təxliyyə vəziyyətindən onlara məlumat verilmədiyini deyən qaçqınlar küçədə gözləməyə başlayıblar.

7NEWS.az

RƏYLƏR