Belçikada yanğınsöndürənlər iş şəraitini yaxşılaşdırmaq üçün hərəkətə keçdilər

OXUNUB: 287 Özəl DÜNYA
7NEWS.az xəbər verir ki, Paytaxt Brüsselin mərkəzindəki Arts-Loi küçəsi ilə Regent bulvarının kəsişməsinə ölkənin müxtəlif şəhərlərindən gələn yanğınsöndürənlər toplaşıb. Atəşfəşanlıq və fit çalanların müşayiəti ilə toplaşan nümayişçilər səhər saatlarından şəhərin hərəkətini xeyli pozub. Nümayişçilər amortizasiya nəzərə alınaraq pensiya yaşının 67-nin daha tez salınmasını tələb ediblər. Sahə işləri zamanı zorakılığa daha çox məruz qaldıqlarına diqqət çəkən nümayişçilər, müdaxilələrin sayı artdıqca kadr çatışmazlığından şikayətləniblər. Nümayişçilər yerli vaxtla saat 15:00-da Belçikanın Federal Daxili İşlər naziri Annelies Verlinden ilə görüşəcək.

7NEWS.az

RƏYLƏR