Bələdiyyələr insanların beynində torpaq satan qurum kimi qalmışdı

OXUNUB: 471 SOSİAL İQTİSADİYYAT
"Bələdiyyələrin çox hüquqları, səlahiyyətləri var. Amma bələdiyyələr insanların beynində torpaq satan qurum kimi qalmışdı”.


Bu fikirləri deputat Elşən Musayev Milli Məclisin Regional məsələlər komitəsinin iclasında bildirib. 


"Lakin bələdiyyələrin ən aşağı funksionallığı torpaq satmaqdır. Halbuki onların o qədər çox hüquqları, səlahiyyətləri var. İnsanların bələdiyyələr haqqında məlumatı yoxdur. Zaman-zaman elə bələdiyyələr olub ki, heç özləri öz hüquqlarını bilməyib. Bələdiyyələr dünyanın bütün ölkələrində hörmətli qurumdur. Arzumuz budur ki, Azərbaycan bələdiyyələri də hörmətli olsun”, - deyə deputat bildirib.

RƏYLƏR