"Bəli, Azərbaycanın 86 min 600 kvadrat kilometr ərazisinə Qarabağ da daxildir" - Paşinyan

OXUNUB: 621 SİYASƏT
"86 min 600 kvadrat kilometr əraziyə Dağlıq Qarabağ da daxildir".

Bunu Ermənistanın baş naziri Nikol Paşinyan bu gün keçirdiyi mətbuat konfransında bildirib.

O, "News.am" saytının jurnalistinin "Əgər Ermənistan Azərbaycanın 86,6 min kvadratkilometr ərazi bütövlüyünü tanıyırsa, bura Qarabağ daxildir, ya yox? Qarabağ Azərbaycanın bir hissəsidir, ya yox?" sualına belə cavab verib:

"Ermənistanın indiki hökuməti nə deyirsə desin, Ermənistanın bütün hökumətləri Azərbaycanın ərazi bütövlüyünü tanıyıb. Mən bunu daha konkretləşdirmişəm və daha konkret necə deyə biləcəyimi təsəvvür etmək çətindir. Ermənistan 86 min 600 kvadrat kilometr ərazi bütövlüyünü, fikrimizcə, Azərbaycan isə Ermənistanın 29 min 800 kvadrat kilometr ərazi bütövlüyünü tanımağa hazırdır".

RƏYLƏR