Ben Ladenin keçmiş mühafizəçisi azad edildi

OXUNUB: 638 DÜNYA

"Əl-Qaidə” terror qruplaşmasının sabiq lideri Üsamə ben LadeninAlmaniyadan Tunisə deportasiya edilən keçmiş mühafizəçisi Sami A. şərti olaraq azadlığa buraxılıb. 

Bu barədə İcmal.Az "Welt”ə istinadla xəbər verir.

Deportasiyadan ötən iki həftə ərzində cangüdən vətənində nəzarət altında olub.  

Tunis hökuməti hazırda Samiyə qarşı hər hansı bir ittihamın irəli sürülməsini mümkünsüz sayır.

Bu səbəbdən də o, həbsdən azad edilib. Lakin ona Tunisi tərk etməyə qadağa qoyulub.

Miqrasiya xidmətinin deportasiya haqqında qərarı iyulun 13-də icra olunub. Lakin Almaniyanın Gelzenkirhen şəhərinin məhkəməsi bunu qanunsuz sayıb və Saminin geri qaytarılması haqqında qərar verib.

İcmal.Az

RƏYLƏR