Bərdədə 16 yaşlı qız qaçırıldı

OXUNUB: 1163 HADİSƏ

Bərdə rayonunda 16 yaşlı qız qaçırılıb.

Hadisə Lənbərən kəndində baş verib.

Kənd sakini, 2002-ci il təvəllüdlü M. Hacıyeva tanımadığı şəxs tərəfindən qaçırılıb. Onun atası Bərdə Rayon Polis Söbəsinə müraciət edib. Ata qızını qaçıran şəxsdən şikayətçi olduğunu bildirib. O, qeyd edib ki, övladı yetkinlik yaşına çatmayıb və məktəblidir.

M.Hacıyevanın atası həmçinin şikayətini qızının zorla qaçırılması ilə əsaslandırıb.

Hazırda hüquq-mühafizə orqanlarının əməkdaşları tərəfindən tədbirlər görülür./report

İcmal.Az

RƏYLƏR