Bərdədə QANLI OLAY: Qonşusunu ov silahı ilə güllələdi

OXUNUB: 1192 HADİSƏ
Bərdə rayonunda silahlı insident nəticəsində 1 nəfər ölüb.

 
İcmal.Az report-a istinadən xəbər verir ki, hadisə rayonun Əmirli kəndi ərazisində baş verib.

Həmin kəndin sakini, 1964-cü il təvəllüdlü Asif Hümmətov qonşusu, 47 yaşlı Azər Nurəliyevə ov tüfəngindən atəş açıb. Yaralı yaxınlarının köməkliyi ilə Bərdə Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib. Həkimlərin səylərinə baxmayaraq onun həyatını xilas etmək mümkün olmayıb.

Faktla bağlı araşdırmalara başlanılıb.

İcmal.Az

RƏYLƏR