Berdiməhəmmədov: Azərbaycan vacib tərəfdaşımızdır

OXUNUB: 590 SİYASƏT

Azərbaycan vacib tərəfdaşımızdır.

 Bu bəyanatı Türkmənistan prezidenti Qurbanqulu Berdiməhəmmədov səsləndirib.

Onun sözlərinə görə, yüksək səviyyədə əldə olunmuş ikitərəfli razılaşmaları uğurlu şəkildə həyata keçirmək üçün müvafiq strukturların əlaqələndirilmiş fəaliyyətinə ehtiyac var.

"Xəzər dənizi dostluq və beynəlxalq əməkdaşlıq dənizi olmalıdır,  onun məkanında sülh və beynəlxalq  qarşılıqlı əlaqələrə hədəflənən irimiqyaslı işlər həyata keçirilməlidir”, – deyə Türkmənistan prezidenti bildirib.

Qeyd edək ki, bundan əvvəl  Azərbaycan xarici işlər naziri Elmar Məmmədyarov Türkmənistana səfər edib. Səfər çərçivəsində bu ölkənin rəhbərliyi, o cümlədən dövlət başçısı Qurbanqulu Berdiməhəmmədovla görüşlər keçirilib.

Türkmənistan KİV-in məlumatına görə, hazırda Azərbaycan prezidenti İlham Əliyevin Türkmənistana səfərinə hazırlıqlar gedir./oxu

İcmal.Az

RƏYLƏR