Berlində hicablı müsəlman qadına hücum edilib

OXUNUB: 134 Özəl DÜNYA
7NEWS.az xəbər verir ki, Berlin Polis İdarəsindən verilən açıqlamada ötən həftə baş verən hadisədə 20 yaşlı müsəlman qadının Rathaus Neukölln metro stansiyasında bir şəxs tərəfindən sözlü və fiziki hücuma məruz qaldığı bildirilib. Açıqlamada çadrası çıxarılan, saçları dartılan qadının yüngül xəsarət aldığı bildirilib. Hadisə yerindən qaçmadan əvvəl irqçi təhqirlər edən təcavüzkarın şəxsiyyətinin müəyyən edilməsi üçün istintaqın davam etdiyi qeyd edilsə də, Almaniyada son illərdə ifrat sağçı qrupların təbliğatı ilə irqçilik və müsəlman əleyhdarı (İslamofobiya) hallarının artdığı müşahidə edilir

7NEWS.az

RƏYLƏR