Bununla bağlı iqtisadçı Əkrəm Həsənov fikrini əsaslandırıb. Onun sözlərinə görə, kassa qovşağı qanunvericiliyin tələblərinə cavab vermir.
1) divarların qalınlığı 40 santimetrdən az olmamalıdır (şəkildən görünür ki, divarlar faktiki heç yoxdur da);
2) iki qapı ilə bağlanmalıdır: birinci qapı dəmir barmaqlıqdan hazırlanmalı, bir daxili kilidlə bağlanmalı, ikinci bayır qapı dəmirdən hazırlanmalı və iki kilidlə bağlanmalıdır. Sözügedən qapıların olmaması öz yerində, qovşaq ümumiyyətlə açıq zonada yerləşir və heç pəncərəsi belə yoxdur.
Hər hansı bank filialı və şöbəsi açılanda bank nəzarəti orqanı (əvvəllər Mərkəzi Bank, indi isə Maliyyə Bazarlarına Nəzarət Palatası) kassa qovşağına baxış keçirir. Özü də kifayət qədər ciddi. Ən azı Mərkəzi Bankın dövründə banklara bu iş çox baha başa gəlirdi. Bəs onda Beynəlxaq Bankın "ASAN”dakı kassa qovşaqlarına bank nəzarəti orqanı niyə göz yumub və yummaqda davam edir?”/Tia.az
