Biləsuvarda "1001 palıd" adlı layihəyə başlanılıb

OXUNUB: 327 QHT SOSİAL
"Müasir Gənclərin İnkişafına Dəstək" İctimai Birliyi "1001 palıd" adlı yeni təşəbbüsə start verib. 
Belə ki, Biləsuvar şəhərinin Mərkəzi parkı  ərazisinin müəyyən hissəsində palıd ağacları bitmişdir. Ağacların altında minlərlə palıd fidanı cücərmiş, hətta bəzilərinin boyu 15-20 sm-ə çatmışdır. "1001 palıd” ideyasının məqsədi Biləsuvar Mərkəzi Parkı ərazisinin kiçik bir hissəsində bitən fidanları dipçəklərə köçürərək müəyyən ərazidə qulluq edib böyütməkdir. 
Qeyd edək ki, təşəbbüsə qısa vaxt ərzində rayonun bir neçə təhsil və gənclər təşkilatları da qoşulub. 
Layihəni "1001 palıd” adı altında ənənəvi olaraq hər il davam etdirməklə müəyyən olunan ərazidə palıd ağaclarını çoxaldılması planlaşdırılır.
Palıd fidanlarını böyütmək, onlara daimi qulluq etmək və ərazinin ayrılmasına Biləsuvar rayon İcra Hakimiyyəti  tərəfindən dəstək göstərilir.
Layihənin icra prosesinə pandemiya qaydalarına riayət etməklə 1 may saat 10:00-da Biləsuvar rayonu Mərkəzi parkında start verilir.

RƏYLƏR