Biləsuvarda ağır qəza: İki ölü

OXUNUB: 659 HADİSƏ

Biləsuvar rayonunda "VAZ” markalı avtomobil və "Suzuki” markalı yük maşını toqquşub.

FHN-dən İcmal.Az-a verilən məlumata görə, hadisə yerinə cəlb olunmuş Dövlət Yanğından Mühafizə Xidmətinin müvafiq xilasetmə qüvvələri avtomobildə sıxılmış vəziyyətdə qalmış iki nəfərin meyitini və yük maşınında sıxılmış vəziyyətdə qalmış sürücünü deformasiyaya uğramış nəqliyyat vasitəsindən çıxarıb və aidiyyəti üzrə təhvil veriblər.

İcmal.Az

RƏYLƏR