Biləsuvarda yeniyetmə qız özünü maşının altına atıb - YENİLƏNİB

OXUNUB: 672 SOSİAL HADİSƏ

Biləsuvarda baş vermiş yol-nəqliyyat hadisəsinin təfərrüatları məlum olub.

 2005-ci il təvəllüdlü rayon sakini Abbasova Aysel Şahin qızı anası ilə yol kənarında gedərkən qəfil özünü "Qazel" markalı yük avtomobilinin qarşısına atıb.

O, müxtəlif bədən xəsarətləri ilə dərhal Biləsuvar Rayon Mərkəzi Xəstəxanasına aparılaraq əməliyyat olunub.

Faktla bağlı araşdırma aparılır.


***00:06

Biləsuvarda yol-nəqliyyat hadisəsi baş verib.

Hadisə rayonun Xırmandalı kəndində qeydə alınıb.

Belə ki, 12 yaşlı uşaq müxtəlif xəsarətlərlə Biləsuvar Rayon Mərkəzi Xəstəxanasına gətirilib. Yeniyetmə Cərrahiyyə şöbəsində əməliyyat olub. Məlumata görə, o, yol qəzası zamanı xəsarətlər alıb. Hadisənin hansı şəraitdə baş verdiyi məlum deyil.

Faktla bağlı araşdırma aparılır./report

 

İcmal.Az

RƏYLƏR