Binəqədi Gənclər Evində “Qərbi Azərbaycan toponimləri – sadə həqiqətlər” jurnalının təqdimat mərasimi keçirilib

OXUNUB: 909 QHT SOSİAL
25 avqust 2023-cü ildə Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə yardımı, Azərbaycan-Avropa Gənclərinin Əməkdaşlığı ictimai birliyinin təşkilatçılığı ilə Binəqədi Gənclər Evində "Qərbi Azərbaycan toponimləri – sadə həqiqətlər” adlı jurnalın təqdimat mərasimi keçirilib.

Tədbiri giriş nitqi ilə təşkilatın nümayəndəsi Xəlil Babayev açaraq Azərbaycan Respublikasının Qeyri-Hökümət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinə və Binəqədi Gənclər Evi sosial xidmət müəssisəsinə təşəkkürünü bildirdi. Layihənin məqsəd və nəticələri barəsində tədbir iştirakçılarına məlumat verdi. Layihə çərçivəsində çap olunmuş jurnalda istər Azərbaycanın tarixi toponimləri və bu tarixin saxtalaşması üçün zəmin yaradan tarixi proseslərdən danışıldı. Çıxışında bildirdi ki, Qərbi Azərbaycan öz genişliyi, böyüklüyü, qüdrəti ilə tarixdə öz yerini tutmuş və oğuz dədələrimizin qurduğu bu yerlər bizim halal yurdumuz və ocağımızdır. Orada xalqımızın qəhrəmanlıq, şöhrət, qeyrət tarixinə baş ucalığı gətirən minlərlə hadisə baş verib. Ermənilər Azərbaycanlıları öz doğma vətənindən mərhələ-mərhələ deportasiya etmiş, soyqırımına məruz qoymuş və nəhayət – 1988-ci ildə "türksüz (azərbaycanlılarsız) Ermənistan” yaratmışdır. Qərbi Azərbaycan indiki Ermənistan ərazisində ermənilərdən başqa ikinci bir millət yaşamır. Yaşayanlar isə məcburiyyət qarşısında qalıb həm milliyyətini, həm də dinini, təriqətini dəyişir. Müxtəlif zamanlarda ermənilər yer adlarımızı dəyişərək erməni mənşəli adlarla əvəz edib, Azərbaycan türklərinin bu ərazidə ki, izlərini tarixdən silməyə çalışıblar.

Ermənistanda türk mənşəli toponimlərin uzun illər boyu dəyişdirilib erməniləşdirilməsi türklərin, xüsusən də azərbaycanlıların min illər boyu bu ərazidə yaşamasını sübut edən faktları saxtalaşdırmaq məqsədi daşımışdır. Erməni millətinin Vətəni olmadığından onlar Yer kürəsinin bütün dövlətlərini özlərinə vətən seçmişlər. Buna səbəb ermənilərin -"vor değ hats, endeğel qats” (çörək harada varsa, orada da yaşa) atalar sözünün olmasıdır. İndiki Ermənistan ərazisindəki toponimlərin tədqiqi aydın şəkildə sübut edir ki, Ermənistan adlanan Qərbi Azərbaycan, Azərbaycan türklərinin tarixi etnik torpaqları, Ata yurdudur.
Tədbirin ikinci hissəsində gənclər ilə diskusiya şəraitində müzakirələr aparılmış, istər çap olunmuş nəşr vasitəsi, istərsə də hal-hazırda regionda baş verən beynəlxalq vəziyyət haqqında fikirlər bölüşüldü.
 
 
 
 
 

RƏYLƏR