BioNTech Almaniyada Covid 19 peyvəndi ilə bağlı ilk dəfə məhkəməyə müraciət edib

OXUNUB: 125 Özəl DÜNYA
Koronavirus epidemiyasında hazırladıqları peyvəndi dünyanın bir çox ölkəsində istifadə edilən BioNTech şirkəti peyvəndin yan təsirləri ilə bağlı açılan təzminat işində bu gün ilk dəfə məhkəmə qarşısına çıxacaq. Şirkətin mərkəzinin yerləşdiyi Almaniyada açılan iddiada şəxsiyyətinin məxfi saxlanmasını tələb edən iddiaçı peyvəndin bədənində əks təsir göstərdiyi iddiasına görə ən az 150 min avro təzminat tələb edir. İddiaçı peyvənddən sonra bədənin yuxarı hissəsində ağrılar, əl və ayaqlarda şişlik, yuxu pozğunluğu və yorğunluqdan əziyyət çəkdiyini iddia edir.

7NEWS.az

RƏYLƏR