“Bir əsrin xatirələri” adlı ədəbi-bədii tədbir keçiriləcək

OXUNUB: 713 Özəl QHT SOSİAL

Dekabrın 12-də Beynəlxalq Muğam Mərkəzində "İRƏLİ” İctimai Birliyinin təşkilatçılığı ilə Ümummilli Lider Heydər Əliyevin vəfatının 20-ci ildönümü və "Heydər Əliyev İli”nə həsr olunmuş "Bir əsrin xatirələri” adlı ədəbi-bədii tədbir keçiriləcək.
7News.Az xəbər verir ki, bu barədə "İRƏLİ” İctimai Birliyinin Mətbuat xidmətindən bildirilib. Tədbirdə gənc musiqiçilər Sübhan Rüstəmov, Riad Cəbrayılov, Mirəli Sarızadə, Nüşabə Kərimli, Hüseyn Nağıyev, Atilla Məmmədov, Mircavid Cəfərov və Bakı Musiqi Akademiyasının tələbələrindən ibarət "SABAH” xor qrupu”nun ifasında müxtəlif musiqi əsərləri, xalq mahnıları təqdim olunacaq. 
Tədbirdə iştirak etmək istəyənlər aşağıdakı link vasitəsilə qeydiyyatdan keçə bilərlər: 
 
 
 

RƏYLƏR