Birinci divizionda mövsümə yekun vuruldu

OXUNUB: 1939 HƏFTƏLİK İCMAL GÜRCÜSTAN GÜNDƏM BANK
Birinci divizionda 2016/2017 mövsümünə yekun vuruldu.

Sport7.az
xəbər verir ki, bu gün keçirilən son oyunların nəticələrinə əsasən  aşağı dəstədə bütün mükafatçılar müəyyənləşdi.

Belə ki, "Turan Tovuz” yarışın qızıl medallarına sahib çıxdığı halda, "Səbail” gümüş mükafata yiyələndi. Bürünc medal uğrunda gedən gərgin mübarizədən isə "Ağsu” qalib ayrıldı. 

Bu gün keçirilən görüşlərdə aşağıdakı nəticələr qeydə alınıb.

"Şəmkir” 0-0 "Ağsu”

MOİK 6-1 "Göyəzən”
(Bilal Abbaszadə, 7, 37; Orxan Həsənov, 11 (p.); Emin Quliyev, 29; Cavidan Şükürov, 81; Qərib İbrahimov, 85 // Orxan İsmayılov, 51 (p.))

"Bakılı” 1-7 "Səbail”
(Elvin Hacızadə, 53 // Bayram Budaqov, 15; Saşa Yunisoğlu, 40; Ramazan Abbasov, 45 (p.); Orxan Səfiyaroğlu, 59, 71, 80; Orxan Qurbanlı, 69) 

"Mil-Muğan” 8-1 "Energetik”
(Viqar Əlibabayev, 6; Raul Yaqubzadə, 16, 27, 66; Bayram Əliyev, 37, 46; Elxan Məmmədov, 40; Elsevər Bəkirzadə, 86 // Rural Məmmədzadə, 89 )

"Turan Tovuz” 2-1 "Qaradağ Lökbatan”
(Rəhman Musayev, 65 (p.), 70 // Rüfət Məmmədov, 78)

Sport7.az

RƏYLƏR