“Birlikdə Gələcək Naminə” adlı Koalisiya yaradıldı

OXUNUB: 481 Özəl QHT SOSİAL
"Azərbaycan Sahibkar Qadınlar Forumu” İctimai Birliyinin sədri Quluzadə Gülarə, "SAF Həyat Naminə” Gənclər İctimai Birliyinin sədri Bayramlı Dinara və "Gənclər Azad Sahibkarlıq Fəaliyyətində” İctimai Birliyinin sədri Məmmədova Kəmalə 11 oktyabr 2022-ci il tarixində Əməkdaşlıq Memorandumu imzalayaraq "Birlikdə Gələcək Naminə” adlı Koalisiya yaratmışdılar.  Koalisiyanın əsas məqsədi gənclər arasında ailə dəyərlərinin və ənənələrinin təbliği, erkən nikahların və qohumlar arasında nikahların mənfi  fəsadlarının izahı və bu istiqamətdə psixoloji dəstəyin göstərilməsidir. Koalisiyanın bu tarixdə təsadüf etməsi səbəbsiz deyil, 11 oktyabr - Beynəlxalq Qızlar Günü kimi qeyd olunur. 
"Birlikdə Gələcək Naminə” "yeniyetmə nikahı” na son qoyaq!

RƏYLƏR