BMT-də Nova Kaxovka bəndi üçün kritik görüş keçirilib

OXUNUB: 117 Özəl DÜNYA
 

7NEWS.az xəbər verir ki, Rusiyanın nəzarətində olan Ukraynanın Xerson vilayətində Dnepr çayı üzərindəki Nova Kaxovka bəndinin şübhəli şəkildə çökməsinin əks-sədaları davam edərkən, Birləşmiş Millətlər Təşkilatının (BMT) Təhlükəsizlik Şurası Ukraynanın tələbi ilə təcili iclas keçirib. Yığıncaqda çıxış edən BMT baş katibinin humanitar məsələlər və fövqəladə yardım koordinatoru Martin Griffiths fəlakətin miqyasının yalnız yaxın günlərdə tam aydınlaşacağını bildirib və bəndin dağıdılmasının insanların həyatına son qoyacağına diqqət çəkib. BMT-nin əsas vəzifəsinin sözügedən insanların sağ qalmasını təmin etmək olduğunu vurğulayan Griffiths, bölgəyə kömək etmək üçün hər cür səy göstərəcəklərini bildirib.

7NEWS.az

RƏYLƏR