Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurası (BMT TŞ) BMT-nin Liviyadakı missiyasının mandatının daha 3 ay uzadılmasına qərar verildiyini açıqlayıb.
7NEWS.az xəbər verir ki, BMT-nin Nyu Yorkdakı mənzil-qərargahında keçirilən BMT Təhlükəsizlik Şurasının sessiyasında Şuraya üzv olan 15 ölkədən 12-si BMT-nin Liviyadakı missiyasının mandatının daha 3 ay müddətinə oktyabrın 31-dək uzadılmasını təsdiqləyib, Qana, Keniya və Qabon isə bitərəf qalıb.
7NEWS.az