BMT: "Qırmızı dənizdə neft tankerini xilas etmək üçün daha 32 milyon dollar lazımdır"

OXUNUB: 106 Özəl DÜNYA
7NEWS.az xəbər verir ki, Birləşmiş Millətlər Təşkilatı (BMT) Qırmızı dənizdə illərdir boşaldılmasını gözləyən neft tankerinin xilas edilməsi üçün daha 32 milyon dollara ehtiyac olduğunu açıqlayıb.

BMT bəyan edib ki, Qırmızı dənizdə böyük ekoloji fəlakətə səbəb ola biləcəyi xəbərdarlığı edilən Safer neft tankerini xilas etmək üçün daha 32 milyon dollar lazımdır.

BMT-nin Yəmən humanitar koordinatoru David Gresley Twitter hesabından verdiyi açıqlamada, Safer tankerində sızmanın qarşısını almaq üçün üzv dövlətlərə, özəl sektora və 97 milyon dollarlıq yardım edən insanlara təşəkkür edib.

7NEWS.az

RƏYLƏR