"BNA maliyyə ilinin sonunda pul 'silmək' üçün bu addımı atır" - VÜSAL KƏRİMLİYƏ ŞOK İTTİHAM

OXUNUB: 476 Özəl GÜNDƏM İQTİSADİYYAT
7NEWS.az xəbər verir ki, bu barədə baku.ws saytının baş redaktoru Orxan Məmmədov, öz profilində status paylaşıb. Statusda deyilir: "BNA işıqforlarda olan sekundarmerləri yığışdırır. 

Maiska deyir ki, bəs sürücülər görür son saniyyələrdi qaza basıb keçməyə çalışır. 

Yaxşı, bəs son 2-3 saniyyəni görüb artıq sürətini azaldanlar nə etsin?

Yaxşı tutaq ki, yığışdırdınız. Keçmək istəyən yaşıl işıq yanıb-sönəndə belə keçməyə çalışacaq. 

Bir sözlə, keçmək istəyən onsuzda keçəcək. 

Hər dəfə hansısa 4-5 nəfərə görə, bütün xalq üçün dəyişikliklər olacaqmı ?

Sadəcə ilin sonudur, BNA büdcəni xərcləməyə yer axtarır, hara gəldi xərcləyir ki, illik büdcəsindən daha çox xərci olsun, gələn büdcəsi daha çox olsun, rəisləri də özünə yeni model maşınlar ala bilsin..."

Mövzunu gündəmdə saxlayacağıq.

7NEWS.az

RƏYLƏR