Bolqarıstan Ukraynadan taxıl idxalına qadağa qoydu

OXUNUB: 149 Özəl DÜNYA
Bolqarıstan Ukraynadan taxıl, süd və süd məhsulları, ət və şərab da daxil olmaqla 20 kənd təsərrüfatı və ərzaq məhsulunun idxalını müvəqqəti olaraq qadağan edib.

7NEWS.az xəbər verir ki, Polşa, Macarıstan və Slovakiyadan sonra Bolqarıstan da bəzi kənd təsərrüfatı və ərzaq məhsullarının Ukraynadan idxalına qadağa qoyub. Bolqarıstanın Baş naziri Qılib Donev mətbuata açıqlamasında Avropa İttifaqının həmrəylik dəhlizləri ideyasına baxmayaraq, keçən il Ukraynadan idxal edilən kənd təsərrüfatı və ərzaq məhsullarının əhəmiyyətli hissəsinin Bolqarıstanda qaldığını və bu vəziyyətin ölkədə qeyri-sabitliyə səbəb olduğunu bildirib. Ukrayna ilə həmrəy olduqlarını bildirən Donev, "Bolqarıstan vətəndaşlarının problemlərini həll etməyə çalışan bir hökumət buna icazə verə bilməz" dedi. Aprelin 24-dən qüvvəyə minəcək qadağa ilə taxıl, süd və süd məhsulları, qırmızı ət, bal, quş əti və məhsulları, şərab və sirkə daxil olmaqla 20-yə yaxın məhsulun idxalına qadağa qoyulub. İyunun 30-dək qüvvədə olacaq qadağa, sözügedən məhsulların Bolqarıstan ərazisindən tranzitini əhatə etmir.

7NEWS.az

RƏYLƏR