Bolsonaro səudiyyəlilərin hədiyyə etdiyi 3,2 milyon dollar dəyərində zinət əşyalarını təhvil verəcək

OXUNUB: 97 Özəl DÜNYA
7NEWS.az xəbər verir ki, Braziliyanın keçmiş prezidenti Jair Bolsonaro səudiyyəlilərin hədiyyə etdiyi bəyan edilməmiş 3,2 milyon dollarlıq zinət əşyalarını hökumət rəsmilərinə təhvil verib. Bolsonaro uzun müddətdir ki, sözügedən zinət əşyaları ilə bağlı federal polis və Braziliya vergi idarəsi tərəfindən aparılan istintaqın hədəfi olub. 3,2 milyon dollar dəyərində zərgərlik 2021-ci ilin oktyabrında Yaxın Şərqə rəsmi səfərdən qayıdan Bolsonaronun komandasının rəsmisinin bel çantasında tapılıb.

Səlahiyyətlilər, İsveçrənin lüks markası Chopard-dan saat və qələmdən ibarət zərgərlik dəstinin hava limanında hökumət nümayəndə heyəti tərəfindən bəyan edilmədiyini söylədi.

7NEWS.az

RƏYLƏR