Braziliyada tur avtobusu aşıb: 7 ÖLÜ, 22 YARALI

OXUNUB: 168 Özəl DÜNYA
7NEWS.az xəbər verir ki, Braziliyanın Santa Katarina əyalətinin paytaxtı Florianopolisdən Argentina və Paraqvay sərhədindəki Foz-du-İquaku şəhərinə gedən tur avtobusu Parana əyalətində BR-277 şossesində aşıb. sürücü sükan idarəetməsini itirib. Hadisə yerinə polis və həkim briqadası göndərilib. Parana Federal Yol Polisinin məlumatına görə, 54 nəfərin olduğu avtobusda azı 7 nəfər ölüb, 22 nəfər yaralanıb. Həyatını itirənlər arasında argentinalı ana və 3 yaşlı qızının olduğu öyrənilib. Tur avtobusunun İquasu şəlaləsinə getmək üçün yola düşdüyü bildirilib. Qəzanın səbəbləri ilə bağlı araşdırmalara başlanılıb.

7NEWS.az

RƏYLƏR