Braziliyanın cənubunda baş verən qasırğa nəticəsində ölənlərin sayı 16-ya çatıb

OXUNUB: 105 Özəl DÜNYA
7NEWS.az xəbər verir ki, Rio Qrande-do-Sol əyalətinin qubernatoru Eduardo Leite verdiyi açıqlamada şiddətli qasırğanın 16 nəfərin həyatını itirdiyini və itkin düşənlərin axtarışlarının fasiləsiz olaraq davam etdiyini bildirib. Qasırğanın sel və torpaq sürüşməsinə səbəb olduğunu bildirən Leite indiyə qədər 3200 adamın evsiz qaldığını, minlərlə insanın təxliyə edildiyini bildirib. Əlverişsiz hava şəraiti səbəbindən axtarış-xilasetmə işlərinin çətinləşdiyi şəhərlərdə hər yer su altındadır.

7NEWS.az

RƏYLƏR