Bred Pitt və Di Kaprio Tarantinonun yeni filmində – FOTO

OXUNUB: 652 ŞOU-BİZNES

Leonardo Di Kaprio "Instagram” hesabında Kventina Tarantinonun "Bir dəfə Hollivudda” filmindən ilk kadrı yayımlayıb. 

İcmal.Az xəbər verir ki, fotoda Bred Pitt və Di Kaprio Kliff But və Rik Dalton obrazlarında olublar. 

"Bir dəfə Hollivudda” filmində Hollivudda sağ qalmağa çalışan "Bounty Law” şousunun keçmiş ulduzu Rik Daltondan bəhs edir. 

1969-cu ildə sənayesi kəskin dəyişməyə başlayır, Dalton öz həmkarı Kliff But ilə birlikdə yeni tanımadıqları Hollivudda sağ qalmağa çalışırlar. O, hətta İtaliyaya getməyi də düşünür. Daltonun qonşuluğunda rejissor Roman Polanski və həyat yoldaşı, aktrisa Şeron Teyn yaşayır. 

Tarantinonun 9-cu filmində Marqo Robbi, Kurt Rassel, Tim Rot, Bert Reynolds, Maykl Medsen, Cemien Lyuis, Dakota Fanninq və digərləri iştirak edib. 

Filmin təqdimatı 2019-cu il avqustun 9-da baş tutacaq. 

İcmal.Az

RƏYLƏR