Bu çimərliklərdə çimmək təhlükəlidir

OXUNUB: 535 SOSİAL
Bu il Bakının Qaradağ rayonunun Sahil qəsəbəsinin "Sahil” və Səbail rayonunun "Şıx” çimərliyində dəniz suyunun tərkibində zərərli maddələrin miqdarı normadan artıq olduğu üçün qeyd edilən çimərliklərdən istifadə etmək məqsədəuyğun olmayacaq.

İcmal.Az-ın məlumatına görə, bunu Ekologiya və Təbii Sərvətlər Nazirliyinin əməkdaşı Mirsalam Qəmbərov bildirib.

"Xəzər sahil zolağında aparılan monitorinqlərin nəticələri bunu deməyə əsas verir ki, Bilgəh, Buzovna, Mərdəkan, Pirşağı qəsəbələrinin sahil zolağında, "Amburan” çimərliyində, eləcə də Novxanı və Corat bağları sahil zolağında olan çimərlik sahələri yay mövsümü ilə əlaqədar hazırda çimərlik kimi istifadəyə yararlıdır və normalara uyğundur”, - deyə o bildirib.

Hazırda Xəzər dənizi sahil zolağında və çimərlik ərazilərdə ardıcıl və davamlı işlər davam etdirilir.
 

İcmal.Az

RƏYLƏR